manera.az
manera.az

“Bəs mənim hüququm?!” qısametrajlı filmin təqdimatı olub - MANERA.AZ

“Bəs mənim hüququm?!” qısametrajlı filmin təqdimatı olub - MANERA.AZ

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Gənclər Fondunun maliyyə dəstəyi, Cənub Regional Televiziya Şirkəti və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin tərəfdaş təşkilatçılığı ilə Aysel Babazadənin “Bəs mənim hüququm?!” adlı qısametrajlı filmin təqdimatı baş tutub.

MANERA.AZ xəbər verir ki, təhsildən yayınaraq məcburi əməyə cəlb olunan məktəbli uşaqdan bəhs edən film Salyanda məktəblilər qarşısında nümayiş olunub. Film real hadisələr əsasında ekranlaşdırılıb. Valideynlərinin təkidi ilə dərsdən yayınaraq əməyə cəlb olunan Arif öz yaşıdları kimi çiynində çanta məktəbə yollanmaq, təhsil almaq arzusundadır. Amma valideynlərini arzusu övladlarının gətirdiyi qazancı yeməkdir. 12 yaşlı məktəblinin küçədə, çiynində şəkərbura satmaq yox parta arxasında oturub təhsil almaq haqqı var. Çox böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, cəmiyyətdə öz övladlarının gələcəyini düşünməyən bu tip valideynlər var. Filmin adından da bəlli olur ki, Arif valideynlərinə səslənir: “Bəs mənim hüququm?!”

“Bəs mənim hüququm?!” qısametrajlı filmin təqdimatı olub - MANERA.AZ

Filmin nümayişinin noyabr ayına təşkil olunması əbəs yerə deyil. Bütün dünyada olduğu kimi Azərbaycanda da 20 noyabr tarixi uşaq hüquqlarının müdafiəsi günü kimi qeyd olunur. Məhz bu filmdə uşaqların öz hüquqlarının bilməsi istiqamətində ən yaxşı vasitədir. Hər kəs bilməlidir ki, Azərbaycan Respublikasında təhsilin əsas məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirməkdir. Təbiidir ki,bu gün hansısa yollarla təhsildən yayınan məktəbli, gələcəkdə bir sıra pis vərdişlərə və xoş olmayan mühitdə böyüyəcək.

“Bəs mənim hüququm?!” qısametrajlı filmin təqdimatı olub - MANERA.AZ

Film növbəti günlərdə Lənkəran, Masallı, Biləsuvar və Neftçala rayonlarında da təqdim olunacaq.
“Bəs mənim hüququm?!” qısametrajlı filmin təqdimatı olub - MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31