manera.az
manera.az

T ərcüməçi Natiq Səfərovun 80 illiyinə həsr edilmiş kitabın təqdimatı - FOTOLAR

Mayın 17-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan bədii tərcümə sənətinin yaradıcılarından Natiq Səfərovun (1943-2004) 80 illiyinə həsr edilmiş “Sözə natiqlik” kitabının təqdimatı keçirilib.

MANERA.AZ xəbər yazıçı Seyran Səxavət tədbiri açaraq ustad qələm sahibi Natiq Səfərovun özünəməxus xüsusiyyətlərindən, sözə həssaslığından, tərcümə sahəsindəki böyük xidmətlərindən söz açıb.

AYB-nin sədr müavini Rəşad Məcid Natiq Səfərovun tərcümələrinin əhəmiyyətini yüksək qiymətləndirib, kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü bildirib.

Xalq şairi Ramiz Rövşən N.Səfərovun yaradıcılığından, onun yüksək peşəkarlıqla tərcümə etdiyi əsərlərdən söhbət açıb, xatirələrini dilə gətirib. O, tərcüməçiyə həsr etdiyi iki şeirini söyləyib.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin əməkdaşları Mahir Qarayev, Etimad Başkeçid, Əlisəmid Kür N.Səfərovun tərcümə sənətinə gətirdiyi yeniliklərdən, bu sahəni peşəkar səviyyəyə yüksəltməsindən danışıb, ondan bəhrələndiklərini qeyd ediblər.

N.Səfərovun məşhur Kolumbiya yazıçısı Q.Q.Markesi Azərbaycan oxucusuna ilk tanıdan tərcüməçi olduğunu vurğulayan ədəbi tənqidçi Vaqif Yusifli onun qazax yazıçısı Oljas Süleymenovun “Az i Ya” kimi mürəkkəb mətnli bir əsərini (rus dilindən) də böyük uğurla dilimizə çevirdiyini deyib.

Daha sonra çıxış edənlər Fəxri Uğurlu, Əyyub Qiyas, Lütfiyyə Əsgərzadə, Bəsti Əlibəyli, Adilə Nəzər, Məmməd Oruc, Əhməd Qəşəmoğlu Natiq Səfərovun ədəbi taleyindən danışaraq onun tərcümə sənətində bir məktəb olduğunu qeyd etdilər.

Sonda N.Səfərovun qızı, yazıçı, jurnalist Günel Natiq atasının xatirəsinə göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkür edib, kitabın işıq üzü görməsinə görə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğluna minnətdarlığını bildirib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31