manera.az
manera.az

Gənc şairin yeni kitabı təqdim olunacaq

📅 08.05.2023 10:31

Gənc şairin yeni kitabı təqdim olunacaq
Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Gənclər Şurasının üzvü, gənc şair Səddam Laçının “Səndən gözəl olmasın” adlı yeni şeirlər kitabı çap olunub.

MANERA.AZ xəbər verir ki, kitaba müəllifin son illərdə qələmə aldığı, müxtəlif vəznlərdə yazdığı sevgi şeirləri daxil edilib.

Mayın 14-ü saat 15:00-da, Libraffın Elmlər filialında kitabın təqdimatı keçiriləcək.

Qeyd edək ki, “Səndən gözəl olmasın” müəllifin nəşr edilən ikinci kitabıdır.

Kitabdan bir şeiri oxuculara təqdim edirik:

Səndən gözəl olmasın

Mən səni neynirəm ki...
Sən olsan da sevirəm, olmasan da sevirəm.
Ey dodağı yasəmən, yanaqları qızılgül
Qorxma payız gələndə.
Sən solsan da sevirəm, solmasan da sevirəm.

Sən sev deyə sevmirəm...
Mən səbəbsiz sevirəm, qarşılıqsız sevirəm
Sizin sevgiləriniz, bu gün olur, sabah yox.
Mən sevəndə bir ömür ayrılıqsız sevirəm.

Mən səni neynirəm ki...
Sən olmayan günlərin
Hər günü bir şeirdi, hər günü bir qəzəldi,
Səndən gözəl olmasın, sənsizlik də gözəldi.


Baxış sayı - 946 | Yüklənmə tarixi: 08.05.2023 10:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031