manera.az
manera.az

Gənc şairin ilk kitabı işıq üzü gördü - Foto

Gənc şairin ilk kitabı işıq üzü gördü - Foto
Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin maliyyə dəstəyi ilə ADU-nun Filologiya fakültəsinin IV kurs tələbəsi Səddam Laçının “”Sən”in tərifi” adlı şeirlər kitabı çap olunub.

Bu barədə açıqlamasında ADU THİK sədri Şahin Sərdarlı məlumat verib.

Bildirilib ki, "Mücrü" nəşriyyatında nəşr olunan kitabın ön sözünün müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məciddir.

ADU-nun ən fəal tələbələrindən olan Səddam Laçın universitetdə fəaliyyət göstərən “Yazarlar klubu”nun sədridir.

O, ötən il universitetdə keçirilən “Bir günlük xəlifə” layihəsi çərçivəsində rektor vəzifəsini uğurla icra edib. Səddam Laçın imzası ilə şeir və yazıları mətbuatda silsilə şəkildə dərc edilir.

Məlumatda qeyd edilib ki, ADU THİK bundan sonrakı fəaliyyəti dövründə də yaradıcı tələbələrə də dəstəyini əsirgəməyəcək.

Qeyd edək ki, “”Sən”in tərifi” adlı şeirlər toplusu müəllifin ilk nəşr olunan kitabıdır.

Gənc şairin ilk kitabı işıq üzü gördü - FotoБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031