manera.az
manera.az

Fuad Cəfərlinin yeni kitabı işıq üzü gördü

📅 21.11.2020 13:33

Fuad Cəfərlinin yeni kitabı işıq üzü gördü
Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü Fuad Cəfərlinin "33 şeir" adlı yeni kitabı işıq üzü görüb.

Manera.az xəbər verir ki, kitabda müəllifin son illərdə qələmə aldığı poetik nümunələr toplanıb.

Uşaqlığı müharibə dövrünə düşənlərə həsr olunan şeirlər kitabı 72 səhifədir. "33 şeir" "Biz klub" lahiyəsinin dəstəyi ilə işıq üzü görüb.

Kitabda müharibələrin uşaq yaddaşında sarsılmaz izlər buraxdığı mürəkkəb poetik lövhələrdə öz əksini tapıb.

Kitabın redaktoru Tural Turan, məsləhətçisi isə Emil Rasimoğludur.

Qeyd edək ki, "33 şeir" müəllifin ikinci şeirlər kitabıdır. Fuad Cəfərli ümumilikdə üç bədii kitabın müəllifidir.


Baxış sayı - 639 | Yüklənmə tarixi: 21.11.2020 13:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031