manera.az
manera.az

“Comərdin hünəri” tamaşanın premyerası olub - MANERA.AZ

📅 18.12.2015 18:11

 “Comərdin hünəri” tamaşanın premyerası olub - MANERA.AZ
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-jurnalist Ağaddin Babayevin “Comərdin hünəri” nağıl-tamaşasının premyerası olub.

Uşaqlar üçün nəzərdə tutulmuş bu səhnə əsərində Padişahın Hürü adlı qızının saraydan qaçırılmasından söhbət açılır. Sadə həyat tərzi keçirən, çörəyini halallıqla qazanan elin Comərd adlı oğlu sərkərdələrin, qoşunların görə bilmədikləri bir işin öhdəsindən bacarıqla gəlir. Belə ki, öz ağlı, zəkası və dərrakəsi hesabına bir sıra maneələr aşan Comərd bədheybət Div tərəfindən mağarada dustaq saxlanılan Hürini azad edərək sağ-salamat onun ailəsinə qaytarır.

Uşaqların maraqla izlədikləri tamaşanın quruluşçu rejissoru əməkdar artist Təvəkkül Əliyev, quruluşçu rəssamı Fiad Babazadə, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları artistlərdən Şahrud Mehdiyeva, Qızılgül Quliyeva, Əbülfəz Axundov, Emin Fərzullayev, Emil Rzayev, Niftulla Əsgərov, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Günel Abbaszadə və digərləri ifa edirlər.

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 490 | Yüklənmə tarixi: 18.12.2015 18:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031