manera.az
manera.az

Paytaxt teatrları bölgələrə gedir

Paytaxt teatrları bölgələrə gedir
Bakıda fəaliyyət göstərən teatrlar bölgələrdə tamaşalar nümayiş etdirəcəklər.

Bu barədə MANERA.AZ-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən silsilə tədbirlər davam edir.

Regionlarda mədəniyyət həyatının fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsi məqsədi daşıyan bu səfərlər bayram tətillərinin ilk günlərindən başlanır.

Novruz bayramı günləri paytaxtın səkkiz aparıcı mədəniyyət ocağının kollektivi ölkənin müxtəlif regionlarında maraqlı repertuarla bölgə tamaşaçılarının qarşısına çıxacaq.

Proqram çərçivəsində ilk qastrol edən kollektiv Azərbaycan Dövlət Yuğ Teatrı öz “Şəbədə” tamaşası ilə Şamaxıya yollanacaq. Kollektiv martın 20-də Şamaxı rayon Mədəniyyət Mərkəzində sənətsevərlərin qarşısına çıxacaq.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyət martın 22-si Salyan və Lənkərana gedəcək. Kuklaçılar M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını əvvəlcə Salyan Dövlət Kukla Teatrında nümayiş etdirəcək. Həmin gün kollektiv Lənkəran şəhərindəki uşaq evi sakinlərinin də könlünü oxşayacaq.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Gəncə teatrsevərlərinin qonağı olacaq. Kollektiv martın 22-də Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında eyniadlı tamaşanı Gəncə teatrının səhnəsində nümayiş etdirəcək.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı İbrahim Sadıxovun “Molla Nəsrəddinin beş arvadı” əsərinin tamaşası ilə martın 23-də Mingəçevir teatrının səhnəsində çıxış edəcək.

Şuşa Dövlət Musiqili Dram Teatrı “Lənkəran xanının vəziri”ni qusarlı tamaşaçılarla görüşdürəcək. Axundzadənin bu məşhur əsərinin tamaşası martın 23-də Qusar Dövlət Ləzgi Dram Teatrında oynanılacaq.

Azərbaycan Dövlət Pantomim Teatrı martın 24-də Qəbələ rayon Mədəniyyət Mərkəzində “Pantomim buketi”ni nümayiş etdirəcək.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Sumqayıt teatrsevərlərinin görüşünə gedəcək. Yaradıcı heyət Sumqayıt Teatrında “Dəcəl keçi” nağıl-tamaşasını martın 26-da təqdim edəcək.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Məlikməmməd” nağıl-tamaşası ilə (27 mart) Şəkidə teatrsevərlərin qarşısına çıxacaq.

Paytaxt teatrları bölgələrə gedirБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829