manera.az
manera.az

Hüseyn Cavidin 140 illiyinə həsr olunan tamaşanın premyerası keçirildi - FOTO

📅 16.02.2023 12:15

Hüseyn Cavidin 140 illiyinə həsr olunan tamaşanın premyerası keçirildi - FOTO
Fevralın 15-də tənqidçi, ədəbiyyatşünas Azər Turanın yazdığı "Atam, anam, qardaşım, mən və Stalin" dramı əsasında əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun quruluş verdiyi eyni adlı tamaşa nümayiş olunub.

MANERA.AZ xəbər verir ki, tamaşa Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında hazırlanıb. Əsər Cavidlərin - Hüseyn Cavidin, Mişkinaz Cavidin, Ərtoğrul Cavidin və Turan Cavidin - Stalin repressiyası səbəbindən məruz qaldıqları məşəqqətli ömür yollarından bəhs edir.

Premyera böyük maraqla qarşılandı və anşlaqla keçdi. Hüseyn Cavidin nakam taleyi, bütünlükdə Cavidlər aləsinin iztirablarla keçən həyatı tamaşada şairin qızı Turan Cavid obrazının nümunəsində əyaniləşdi. Xatirələr, məktublar, gerçəkdə baş verən hadisələr, bütünlükdə Cavid faciəsi, ötüb keçən əzabla dolu ömür övladlarının, ailəsinin yaşantılarında uğurlu aktyor oyunu nümunəsində əksini tapdı.

Hüseyn Cavidin 140 illiyinə həsr olunan tamaşanın nümayişində Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Xalq şairi Nəriman Həsənzadə, Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Xalq yazıçısı Elçin, Mətbuat Şurasının sədri Rəşad Məcid, Xalq artisti Ramiz Həsənoğlu, Hacı İsmayılov, yazıçı Seyran Səxavət, İlqar Fəhmi, Səlim Babullaoğlu, eləcə də digər ədəbiyyat və sənət adamları iştirak ediblər.

Qeyd edək ki, tamaşanın tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor köməkçisi İmaməli İmaməliyevdir.

Səhnə əsərində rolları əməkdar artist Esmiralda Şahbazova, aktyorlar Samir Əliyev, Pərvin Dadaşova, Niyaməddin Səfərəliyev ifa ediblər.

Hüseyn Cavidin 140 illiyinə həsr olunan tamaşanın premyerası keçirildi - FOTO
Hüseyn Cavidin 140 illiyinə həsr olunan tamaşanın premyerası keçirildi - FOTO
Hüseyn Cavidin 140 illiyinə həsr olunan tamaşanın premyerası keçirildi - FOTO
Hüseyn Cavidin 140 illiyinə həsr olunan tamaşanın premyerası keçirildi - FOTO


Baxış sayı - 1 601 | Yüklənmə tarixi: 16.02.2023 12:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031