manera.az
manera.az

Hüseyn Cavidin faciəli həyatını əks etdirən tamaşa oynanılıb

📅 10.10.2018 12:13

Hüseyn Cavidin faciəli həyatını əks etdirən tamaşa oynanılıb
Özünün 50 illiyini qeyd etməyə hazırlaşan Sumqayıt Dövlət Dram Teatrı yubiley ərəfəsində N.Muradoğlunun "Zülmətdə nur" tamaşası ilə paytaxt tamaşaçıları ilə görüşə gəlib.

MANERA.AZ-ın məlumaına görə, əsər 37-ci ilin repressiyalarının qurbanı olmuş filosof-şair, dramaturq Hüseyn Cavidin faciəli həyatını əks etdirir. Eyni zamanda süjet xəttində Cavidin müasirləri, əqidə və qələm dostları Əhməd Cavad, Mikayıl Müşfiq və onların ailələrinin əzablı anları təsvir olunur. Tamaşanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmovdur.

Rollarda əməkdar artistlər Rauf Ağakişiyev, İlahə Səfərova, İzaməddin Bağırov, Cəlal Məmmədov, aktyorlar Habil Xanlarov, Oqtay Mehdiyev, Şəmistan Süleymanlı, Şəhla Məmmədova, İlham Səfərli, Dağlar Rüstəmov və b. çıxış ediblər. Tamaşa ziyalılar və teatr ictimaiyyəti tərəfindən sürəkli alqışlanıb.
Hüseyn Cavidin faciəli həyatını əks etdirən tamaşa oynanılıb
Hüseyn Cavidin faciəli həyatını əks etdirən tamaşa oynanılıb


Baxış sayı - 1 286 | Yüklənmə tarixi: 10.10.2018 12:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930