manera.az
manera.az

Türkiyədəki zəlzələdə 4 azərbaycanlı tələbə həyatını itirdi - Adlar

📅 14.02.2023 20:58

Türkiyədəki zəlzələdə 4 azərbaycanlı tələbə həyatını itirdi - Adlar
Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb.

MANERA.AZ xəbər verir ki, bu barədə “Report”a Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır bildirib.

Millət vəkili deyib ki, meyitlərin üzərində tibbi ekspertiza aparılıb və onların Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllıGündüz Nəzərzadə olduğu müəyyən edilib.

Qeyd edək ki, Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi. Onların yaşadığı bina zəlzələnin təsirindən ağır dərəcədə dağıntıya məruz qalıb.

Allah rəhmət eləsin!


Baxış sayı - 272 | Yüklənmə tarixi: 14.02.2023 20:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031