manera.az
manera.az

Millət vəkili: Musa Yaquba vaxtında dəyər verməliyik

📅 09.04.2019 22:13

Millət vəkili: Musa Yaquba vaxtında dəyər verməliyik
Azərbaycanda kitab və çap məhsulları əlavə dəyər vergisindən (ƏDV) azad edilməlidir.

Manera.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bu gün Milli Məclisin plenar iclasında söyləyib.

O deyib ki, kitab və çap məhsulları sahəsində ölkəyə gətirilirkən 18 faiz əlavə dəyər vergisi tutulur. Bir sıra ölkələrdə bu vergi ləğv edilib.

Millət vəkili bildirib ki, yaradıcı insanların problemləri qaldırılmalıdır: “Məsələn, mən demirəm ki, Musa Yaquba, Ramiz Rövşənə niyə "Xalq şairi", Süleyman Abdullayevə "Xalq yazıçısı" adı verilmir, əslində onlar xalqın şairi və yazıçılarıdır. Ancaq bu gün Musa Yaqub ağır durumdadır, o, yardım istəyir, ona kimsə yardım etmir. Biz yaradıcı insanlara vaxtında dəyər verməliyik".

MANERA.AZ


Baxış sayı - 1 183 | Yüklənmə tarixi: 09.04.2019 22:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930