manera.az
manera.az

Qahirədə Beynəlxalq Kitab Sərgisi: Azərbaycan da var

📅 27.01.2023 14:15

Qahirədə Beynəlxalq Kitab Sərgisi: Azərbaycan da var
Yanvarın 26-da Misir Ərəb Respublikasının Qahirə şəhərində 53-cü Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb.

MANERA.AZ Azərbaycanın Misirdəki səfirliyinə istinadən xəbər verir ki, fevralın 5-dək davam edəcək sərginin açılış mərasimində bu ölkənin Baş naziri Mustafa Mədbuli iştirak edib, sərginin işinə və iştirakçılara uğurlar arzulayıb.

Sərgidə Azərbaycan üçün ayrılmış pavilyonda ölkəmizin mədəniyyətini, tarixini, coğrafiyasını, ədəbiyyatını təbliğ edən kitablar və jurnallar nümayiş etdirilir.
Qahirədə Beynəlxalq Kitab Sərgisi: Azərbaycan da var
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri Akif Marifli, həmin şöbənin məsləhətçisi Kamran Musayev, habelə Misir Ərəb Respublikasındakı Azərbaycan Respublikasının Səfirliyinin nümayəndələri Nicat Nemətov və Ramiz Vəliyev iştirak ediblər.
Qahirədə Beynəlxalq Kitab Sərgisi: Azərbaycan da var
Eyni zamanda, böyük maraq doğuran Azərbaycan pavilyonunda ziyarətçilərə Azərbaycan haqqında ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb, nümayiş etdirilən kitab və jurnallar təqdim edilib.


Baxış sayı - 349 | Yüklənmə tarixi: 27.01.2023 14:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031