manera.az
manera.az

“Xarıbülbül əfsanəsi” Bolqarıstanda nümayiş olunub

“Xarıbülbül əfsanəsi” Bolqarıstanda nümayiş olunub
Yanvarın 19-da Bolqarıstanda keçirilən 15-ci MENAR Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycanın Zəfər rəmzi olan Xarı bülbül gülünün hekayəsindən bəhs edən “Xarıbülbül əfsanəsi” sənədli filmi, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Olimpiya” bədii filmi nümayiş etdirilib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən MANERA.AZ-a verilən xəbərə görə, filmlərin təqdimatı səfirliyin təşkilatçılığı ilə Sofiya şəhərinin “Kino Evi”ndə keçirilmiş Azərbaycan kinosu gecəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və MENAR Beynəlxalq Film Festivalının təşkilatçı şirkətinin rəhbəri Zdravko Qriqorov təqdimat mərasimində iştirak edən çox saylı izləyicilərə Azərbaycan mədəniyyəti və kino incəsənəti haqqında məlumat veriblər.
“Xarıbülbül əfsanəsi” Bolqarıstanda nümayiş olunub
Beynəlxalq festival çərçivəsində nümayiş etdirilən “Xarıbülbül əfsanəsi” sənədli filmi haqqında danışaraq, səfir Hüseyn Hüseynov Xarı bülbül gülünün Azərbaycanın 2020-ci ildə apardığı Vətən Müharibəsində zəfər simvoluna çevrildiyini və bu gülün Azərbaycanın Qarabağ bölgəsi və Şuşa şəhərinə xas olduğunu diqqətə çatdırıb. Səfir filmdə görkəmli elm və mədəniyyət xadimlərinin Azərbaycanın Qarabağ bölgəsi və ölkəmizin mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında fikirləri, bu şəhərdə yaşayıb-yaratmış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı, eləcə də Azərbaycan ədəbiyyatı və milli musiqi inciləri ilə bağlı düşüncələrinin filmin əsas xəttini təşkil etdiyini vurğulayıb.

Tədbirdə Bolqarıstanın dövlət qurumlarının rəsmiləri, BR parlamentinin üzvləri, yerli mədəniyyət xadimləri, ölkədə akkreditə olunmuş xarici ölkələrin səfirliklərinin nümayəndələri, həmçinin yerli və əcnəbi kinosevərlər iştirak ediblər.

Yanvarın 29-dək davam edəcək 15-ci MENAR Beynəlxalq Film Festivalında 14 ölkənin 40 yaxın filmləri nümayiş etdiriləcəkdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728