Dünya şöhrətli pianoçu Bakıya gəlir

Dünya şöhrətli musiqiçi Riçard Klayderman ilk dəfə Azərbaycana gəlir.
MANERA.AZ xəbər verir ki, sənətçi 7 martda orkestrin müşayiəti ilə Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq.
Qeyd edək ki,sənətçi bu günədək 1200-dən çox musiqi əsəri yazıb və ümumi tirajı 90 milyon olan 100-dən çox kompakt-diskin sahibidir. Vaxtının böyük hissəsini konsertlər verməklə keçirən Riçardın 2006-cı ildə əsərlərinin 70 milyon satışı qeydə alınıb.
O, “Dünyanın ən uğurlu pianoçusu” kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Bu gün o, krossover üslubunun (iki fərqli üslubu birləşdirən musiqi) kralı hesab olunur.
"Xalq artisti Xan Şuşinski - 125” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub