manera.az
manera.az

Dünya şöhrətli rejissor koronavirusdan öldü

📅 11.12.2020 16:21

Dünya şöhrətli rejissor koronavirusdan öldü
Dünya şöhrətli Cənubi Koreyalı rejissor Kim Ki Duk vəfat edib.

Manera.az "Ria Novosti"yə istinadla xəbər verir ki, rejissor Latviyada dünyasını dəyişib.

Məlumata görə o Yurmala şəhərində ev alaraq burada yaşamağı planlayırmış. Vacib iclasa gəlmədiyini görən dostları xəstəxanalara Kim Ki Dukla bağlı sorğu göndərib.

Məlum olub ki, rejissor koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Kim Ki Duk Venesiya, Berlin, Kann kimi məşhur festivalların qalibi olub. Onun "Boş ev", "Pyeta", "Bahar, yay, payız, qış... və bahar", "Moebius" kimi filmləri dünya tamaşaçılarının rəğbətini qazanıb.

Rejissorun “Pyeta” filmi 2012-ci ildə Venesiya Film Festivalında “Qızıl Şir” mükafatına layiq görülüb.


Baxış sayı - 609 | Yüklənmə tarixi: 11.12.2020 16:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031