manera.az
manera.az

Bakı Şəhər Təhsil İdarəsinə yeni müdir müavini təyin olunub

📅 24.12.2022 14:41

Bakı Şəhər Təhsil İdarəsinə yeni müdir müavini təyin olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifəsinə yeni təyinat həyata keçirilib.

İdarədən MANERA.AZ-a verilən xəbərə görə, elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Anar Məmmədov BŞTİ-nin müdir müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A.Məmmədov 2010-2014-cü illər ərzində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar liseyinin, 2014-2017-ci illərdə “İstək” liseylərinin direktoru vəzifəsində çalışıb. 2017-2022-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini olub.

2002-2010-cu illərdə müxtəlif yerli və beynəlxalq araşdırma şirkətlərində çalışıb, eyni zamanda “Səmərəli ünsiyyət texnikaları”, “Arqumentasiya və inandırma”, “Özünüinkişaf potensialının qiymətləndirilməsi”, “İdarəçilik modellərinin təhsildə tətbiqi” kimi bir sıra təlim modullarının müəllifi olub.


Baxış sayı - 525 | Yüklənmə tarixi: 24.12.2022 14:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930