manera.az
manera.az

“Çələbi xan” tarixi dramı Şəki Teatrında

📅 23.12.2022 10:44

“Çələbi xan” tarixi dramı Şəki Teatrında
Şəki Dövlət Dram Teatrında gənc rejissor Orxan Həmidlinin quruluşunda Xaqani Əliyevin “Çələbi xan” tarixi dramı əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış keçirilib.

İctimai baxışda Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi teatr sektorunun müdiri Könül Cəfərova iştirak edib.

MANERA.AZ xəbər verir ki, tarixi dram Şəki xanlığını yaradan, tariximizdə hikmətli və cəsur xan kimi ad qazanmış Hacı Çələbi xanın həyatından, parçalanmış Azərbaycan xanlıqlarını birləşdirmək uğrunda apardığı mübarizədən, Şəki torpaqlarını yadelli düşmənlərdən qorumaq əzmindən bəhs edir.

Tamaşanın quruluşçu rəssamı Sahib Əhmədov, bəstəkarı, Xalq artisti Sərdar Fərəcov, geyim üzrə rəssamı Günel Məmmədlidir. Rəqslərin quruluşu Çingiz Novruzəliyevə məxsusdur.

Bir-birindən maraqlı, rəngarəng tarixi obrazların yer aldığı tarixi tamaşada Əməkdar artistlər Rəhim Qocayev, Akif Yusifov, aktyorlar Aydın Əlibabayev, Lalə Məmməd, İlkin Rüstəmov, Rəşid Mirzəzadə, Rəşad Rüstəmov, Qurban Rəsulov, Çingiz Novruzəliyev, Fərahim Fətəliyev, Pərviz İsmayılov, Orxan Həmidli, Elvin Mabudov və Rəsul Məmmədrəhimov rol alıblar.

Səhnə əsəri tamaşaçılar tərəfindən dəfələrlə alqışlarla qarşılanıb.

“Çələbi xan” tarixi dramı Şəki Teatrında
“Çələbi xan” tarixi dramı Şəki Teatrında
“Çələbi xan” tarixi dramı Şəki Teatrında


Baxış sayı - 541 | Yüklənmə tarixi: 23.12.2022 10:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031