manera.az
manera.az

Cəlilabadda şəhidin xatirəsinə tamaşa nümayiş edilib

📅 23.12.2022 06:30

Cəlilabadda şəhidin xatirəsinə tamaşa nümayiş edilib
Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Bayram Babaşovun xatirəsinə həsr olunmuş tamaşa nümayiş olunub.

MANERA.AZ xəbər verir ki, tamaşa Cəlilabad rayon Heydər Əliyev Mərkəzində baş tutub.

“Qəhrəmanlıq salnaməsi” adlı tamaşada rayon rəsmiləri, mədəniyyət nümayəndələri, şəhid və qazi ailələri, həmçinin gənclər iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı və Cəlilabad Xalq Teatrı aktyorlarının iştirakı ilə hazırlanmış tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tamaşa ikinci Qarabağ döyüşlərində iştirak etmiş şəhid Bayram, qazi Nurlan və Vüqar Babaşov qardaşlarının keçdiyi döyüş yolundan bəhs edir.

Cəlilabadda şəhidin xatirəsinə tamaşa nümayiş edilib
Cəlilabadda şəhidin xatirəsinə tamaşa nümayiş edilib
Cəlilabadda şəhidin xatirəsinə tamaşa nümayiş edilib


Baxış sayı - 305 | Yüklənmə tarixi: 23.12.2022 06:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930