manera.az
manera.az

Şəkidə Vətən müharibəsinə həsr olunmuş tamaşa oynanılıb - Fotolar

📅 02.10.2021 17:18

Şəkidə Vətən müharibəsinə həsr olunmuş tamaşa oynanılıb - Fotolar
Bu gün Şəki Regional Mədəniyyət İdarəsinin rəisi, Mirvari Zeynalovanın təşəbbüsü ilə Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzində "Yollar qaytarar səni" adlı dramatik pyes səhnələşdirilib.

Manera.az xəbər verir ki, tamaşa 44 günlük Vətən müharibəsinə həsr olunub.

Tamaşada l və ll Qarabağ muharibəsinin qaziləri və hərbiçilər iştirak ediblər.

Bildirilib ki, Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunan tamaşada hərbi xidmətdə olan Ümid adlı gəncdən, onun nigaran qalmış anası və nişanlısının ətrafında cərəyan edən hadisələrdən, şanlı Ordumuzun Qələbə əzmindən və müharibənin insanlara gətirdiyi faciələrdən bəhs olunur.

Tamaşanın rejissoru Elvin Nüsrətoğlu, əsərin müəllifi Elvin Nuridir.

Tamaşada rolları Mədəniyyət Mərkəzində fəaliyyət göstərən "Xalq Teatrı"nın aktyorları Rəşad Rüstəmov, Aytən Xəlilzadə, Jalə Abdullayeva, Şahmar Əsədov, Natiq Məmmədov, Cavidan Əlizadə və başqaları ifa ediblər.

Şəkidə Vətən müharibəsinə həsr olunmuş tamaşa oynanılıb - Fotolar
Şəkidə Vətən müharibəsinə həsr olunmuş tamaşa oynanılıb - Fotolar
Şəkidə Vətən müharibəsinə həsr olunmuş tamaşa oynanılıb - Fotolar
Şəkidə Vətən müharibəsinə həsr olunmuş tamaşa oynanılıb - Fotolar
Şəkidə Vətən müharibəsinə həsr olunmuş tamaşa oynanılıb - Fotolar


Baxış sayı - 553 | Yüklənmə tarixi: 02.10.2021 17:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031