manera.az
manera.az

Azərbaycanda kino çəkilişi ƏDV-dən azad edilə bilər

📅 19.12.2022 10:22

Azərbaycanda kino çəkilişi ƏDV-dən azad edilə bilər
Azərbaycanda kino çəkilişi və satışı prosesində filmlərin ƏDV-dən azad olunması təklif olunub.

MANERA.AZ xəbər verir ki, bu barədə YARAT mərkəzində "Kino və Biznes: Körpülər" mövzusunda müzakirələrdə bildirilib.

Qeyd olunub ki, təklif mədəniyyət naziri Anar Kərimova və nazirliyin Audiovizual və İnteraktiv Media şöbəsinə təqdim edilib. Təklifdə kino sahəsinin inkişafı məqsədilə filmlərin çəkilişinin və satışının 5-10 il müddətinə ƏDV-dən azad edilməsi fikri irəli sürülüb.

Mədəniyyət Nazirliyinin tədbirdə iştirak edən Audiovizual və İnteraktiv Media şöbəsinin müdiri Rüfət Həsənov nazirliyin təklifi dəstəkləyə biləcəyini vurğulayıb.


Baxış sayı - 759 | Yüklənmə tarixi: 19.12.2022 10:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031