manera.az
manera.az

Kino xadimlərimiz Avropa Film Akademiyasına üzv seçilib

Kino xadimlərimiz Avropa Film Akademiyasına üzv seçilib
Azərbaycanın bir qrup kinematoqrafçısı Avropa Film Akademiyasına (European Film Academy - EFA) üzvü seçilib.

MANERA.AZ xəbər verir ki, siyahıda Xalq artisti, rejissor Vaqif Mustafayev, Əməkdar incəsənət xadimləri, rejissorlar – Rafiq Quliyev, Elçin Musaoğlu, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev, kinoşünas Ayaz Salayev, həmçinin Bakı Media Mərkəzinin rəhbəri, rejissor, prodüser Orman Əliyev, rejissorlar Teymur Hacıyev, Elvin Adıgözəl, İlqar Nəcəf, İradə Bağırzadə və Asif Rüstəmov yer alıb.

EFA-ya üzv seçilənlər arasında Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri, bir çox beynəlxalq film festivallarının qalibi, rejissor Rüfət Həsənov da var.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kino-televiziya sənətləri kafedrasının müdiri, professor Rafiq Quliyev bildirir ki, Avropa Film Akademiyasının üzvü olmaq Azərbaycan kinosunun inkişafına və gələcəkdə dünyada tanınmasına zəmin yaradacaq. 12 kino xadiminin bir mərhələdə EFA-ya üzv seçilməsi Azərbaycanda onların tələblərinə, meyarlarına uyğun sənətçilərin olmasının təsdiqi deməkdir.

Qeyd edək ki, Avropa Film Akademiyası 1989-cu ildə Avropa Kino Cəmiyyətinin ilk prezidenti, görkəmli İsveç teatr və kino rejissoru İnqmar Berqman (1918-2007) və 40 kinorejissor tərəfindən Avropa kino sənayesini inkişaf etdirmək məqsədilə yaradılıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031