manera.az
manera.az

Məmməd Arazın unikal kadrları yayıldı - Video

📅 04.12.2022 09:07

Məmməd Arazın unikal kadrları yayıldı - Video
Azərbaycan Televiziyası arxivindən uzun müddətdir işıq üzü görməmiş yeni kadrlar yayımlayıb.

Televiziyadan MANERA.AZ-a bildirilib ki, “AzTV Tarix” yutub kanalında yayımlanmış arxiv materiallarda Xalq şairi Məmməd Arazın unikal görüntüləri var.

Görüntülər AzTV-nin 2006-cı ildə M.Arazın xatirə gününə həsr etdiyi “Məni şeirində gəz…” sənədli filmində yayımlanıb.

Filmdə Azərbaycan Televiziyasının xalqımızın maddi-mənəvi sərvəti hesab olunan arxivinə müraciət olunub, Xalq şairinin müxtəlif vaxtlarda çəkilmiş kadrlarından istifadə olunub.

Sənədli filmdə Məmməd Arazın məşhur “Azərbaycan” şeiri səsləndirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Bu istiqamətdə işlərə başlanılıb.

Məmməd Arazın unikal kadrları - VİDEO


Baxış sayı - 407 | Yüklənmə tarixi: 04.12.2022 09:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930