manera.az
manera.az

Bir Məmməd Araz şedevri

📅 02.02.2018 15:21

Bir Məmməd Araz şedevri

Manera.az Xalq şairi Məmməd Arazın “Yaşayır” rədifli qoşmasını təqdim edir.

Ana yurdum, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Kimi sənin çiynində, sən kiminin...
Şöhrətini yaşadan az yaşayır.

Bu gileydən qəlbim yaman xallanır:
Çox ünvanda qaçaq tərif yallanır.
Bir ağılın budağından sallanıb,
Neçə-neçə ağlı dayaz yaşayır.

Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx, hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.


Baxış sayı - 2 939 | Yüklənmə tarixi: 02.02.2018 15:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930