manera.az
manera.az

Görkəmli yazıçı Əlibala Hacızadə - 80

📅 01.10.2015 10:21

Görkəmli yazıçı Əlibala Hacızadə - 80


Oktyabrın 2-də Azərbaycanın Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda görkəmli yazıçı və alim Əlibala Hacızadənin anadan olmasının 80-ci ildönümü münasibətilə tədbir keçiriləcək.

AYB-dən bildirilib ki, elm, incəsənət, mədəniyyət xadimləri, mərhum yazıçının sənət dostları və ailə üzvlərinin iştirak edəcəyi tədbirdə sənətkarın həyat və yaradıcılığından söhbət açılacaq, əsərlərindən nümunələr səsləndiriləcək.

Qeyd edək ki, bir neçə illiyə Əfqanıstana ezam edilərək orada tərcüməçi işləyən şərqşünas alim həmin illərdə bir-birinin ardınca bədii əsərlərini yazdı. Tezliklə onun "Qürbətdə" adlı hekayələr toplusu, "Təyyarə kölgəsi" romanı, daha sonra isə Əfqanıstanda cərəyan edən hadisələrdən bəhs edən “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası işıq üzü gördü. Görkəmli ədibin "İtkin gəlin" romanı əsasında yazdığı ssenariyə 1993-1994-cü illərdə 12 seriyalı bədii televiziya filmi çəkilib.


Baxış sayı - 2 473 | Yüklənmə tarixi: 01.10.2015 10:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930