manera.az
manera.az

“İgidlərin sözü” antologiyası işıq üzü görüb

📅 07.11.2022 15:48

“İgidlərin sözü” antologiyası işıq üzü görüb
Mədəniyyət Nazirliyinin dəstəyi, şairə Nigar Həsənzadənin təşəbbüsü ilə həyata keçirilən “Söz” ədəbi layihəsinin “İgidlərin sözü” adlı antologiyası işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, topluda Vətən müharibəsi iştirakçılarının şeirləri, esseləri yer alıb. Onların arasında döyüşlər zamanı qələmə alınan nümunələr də var. “İgidlərin sözü” antologiyanın təqdimatı noyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Xatırlatmaq istəyirik ki, “İgidlərin sözü” kitabının ideya müəllifi “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, kitabın redaktoru isə Aida Eyvazlı Göytürkdür.

“İgidlərin sözü” antologiyasında;

Aprel şəhidləri Nazim Şamaxılı, Mikayıl Vahabzadə, Mirsalam Cəfərov,

II Qarabağ şəhidləri polkovnik-leytenant Elzamin Təhməzov, baş gizirlər Mehman Yusifov, Saleh Əliyev, Kərim Əhmədbəyli, əsgər şəhidlər Şahgündüz Cabbarov, Xəyyam Hüseynov, Murad Nəbiyev,

Vətən müharibəsi iştirakçıları Vüsal Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əlioğlu , Tofiq Əhməd, Eyvaz Əyyub, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat AğayevTamerlan Əsədovun yaradıcılıqları yer alıb.

Layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirməkdir.

“İgidlərin sözü” layihənin 2021-ci ilin noyabr ayında Beynəlxalq Muğam Mərkəzində gerçəkləşib.

“İgidlərin sözü” antologiyası işıq üzü görüb


Baxış sayı - 469 | Yüklənmə tarixi: 07.11.2022 15:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031