manera.az
manera.az

AYB-də qazi şairlərlə görüş keçirilib - FOTO

AYB-də qazi şairlərlə görüş keçirilib - FOTO
Azərbaycan Yazıçılar Birliyində (AYB) Vətən müharibəsində döyüşən qazilər və qəhrəmanlarla görüş keçirilib.

MANERA.AZ xəbər verir ki, görüşdə iştirak edən şeirli-sözlü müharibə iştirakçılarının şeirlərindən ibarət “Barıt qoxulu sətirlər...” və Ayaz Məmmədovun “Ünvansız məktub” adlı xatirə povesti kitablarının təqdimatı olub.

“Barıt qoxulu sətirlər” kitabda şeirləri dərc olunan Emin Piri, Kərəm Aydın, Cavid Əlioğlu, Oğuz Alparslan, Elvin Məmmədli, Səbuhi Qurbanov, Eyvaz Əyyub, Tofiq Əhməd, Orxan Səlifov, Həsən Kür, Sərxan Yolçuyev, Nicat Ağayev, Vüsal Hətəmov, Mir Əjdər Abdullayev və Tamerlan Əsədovun şeirləri bir neçə ay bundan əvvəl Şuşada Vaqif Poeziya günlərində “Söz” ədəbi layihəsinin “İgidlərin sözü” proqramı çərçivəsində səsləndirilib. Qazilərin öz ifalarında şöylədikləri müharibə vaxtı yazdıqları şeirlər ölkə ictimaiyyəti və ədəbiyyatsevərləri tərəfindən böyük maraqla qarşılanıb.

“Barıt qoxulu sətirlər...” kitabında qazi və veteran şairlərin Vaqif poeziya günlərində səsləndirdikləri şeirlərlə yanaşı, zəfər ruhlu şeirlər də yer alıb. Qazilərin şeirlərindən ibarət yeni şeir antalogiyasının tərtibçiləri və “Ön söz” müəllifləri AYB-nin katibi Elçin Hüseynbəyli, “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, texniki redaktoru isə Şükufə Məmmədlidir. Kitab “Vektor” Beynəlxalq Nəşrlər evində çap edilib.

Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli Xalq yazıçısı Anarın ideya müəllifi olduğu “Barıt qoxulu sətirlər...” haqqında danışıb.

Xalq yazıçısı Anar 44 günlük Vətən müharibəsindən, ordumuzun şücaətindən, tarixi qələbəmizdən bəhs edib. Qazi şairləri təbrik edən AYB sədri, onların Yazıçılar Birliyinə üzv seçildiklərini bildirib. Bundan sonra qazi şairlərə üzvlük biletləri təqdim olunub.

Tədbirdə eyni zamanda təqdimatı olan Qarabağ qazisi Ayaz Məmmədovun “Ünvansız məktub” kitabı Qarabağ döyüşlərinə həsr olunub. Əsərdə müəllif keçdiyi döyüş yollarına nəzər salır, cəbhədə olan ağrılı və maraqlı hadisələri, keçirdiyi hissləri, təəssüratlarını oxucularla bölüşür. Bu kitab həm də bir döyüşçünün gündəliyidir.

Qeyd edək ki, qazi şairlərin “Barıt qoxulu sətirlər...” və Ayaz Məmmədovun “Ünvansız məktub” kitablarının təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin katibləri Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, şair Nigar Həsənzadə, Yazıçılar Birliyinin üzvləri Rəfail Tağızadə, Zemfira Məhərrəmli, Aida Eyvazlı, Elmira Aslanxanlı çıxış edərək qazilərə göstərilən qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Eyni zamanda əməlləri və sözləri ilə Zəfər tariximizdə imzası olan mərd oğullarımızla fəxr etdiklərini söyləyiblər.

AYB-də qazi şairlərlə görüş keçirilib - FOTO
AYB-də qazi şairlərlə görüş keçirilib - FOTO
AYB-də qazi şairlərlə görüş keçirilib - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
293031