manera.az
manera.az

Şuşada kitab təqdimatı

📅 17.07.2022 08:02

Şuşada kitab təqdimatı
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri öz işini başa çatdırıb.

Vaqif Poeziya Günlərinin açılışı tanınmış şair Nigar Həsənzadənin “SÖZ” Ədəbi Birliyinin layihəsi olan “İgidlərin sözü” ilə başlayıb.

“İgidlərin sözü” layihəsinin iştirakçıları 44 günlük Vətən müharibəsində iştirak edən, eləcə də şeir yazan qazilərdir. Vətən uğrunda döyüşən igidlərimiz - Oğuz Alparslan, Miri Abdullayev, Eyvaz Eyyub, Nicat Ağayev, Emin Piri, Tamerlan Əsədov, Kərəm Aydın, Tofiq Əhməd, Həsən Kür, Cavid Qasımov, Səbuhi Qurbanov Molla Pənah Vaqifin məqbərəsi önündə döyüşlərdə və döyüşdən sonra yazdığı şeirləri səsləndiriblər.

“SÖZ” Ədəbi layihəsinin çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan “İgidlərin sözü” kitabı da Vaqif Poeziya Günlərində kitab sərgisində təqdim olunub. Kitabda 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 44 günlük Vətən müharibəsində şəhid olan, qazi olan və iştirak edən oğulların şeirləri, esseləri, hekayələri toplanıb. Kitabın redaktoru araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürkdür.

Şuşada kitab təqdimatı


Baxış sayı - 613 | Yüklənmə tarixi: 17.07.2022 08:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031