manera.az
manera.az

Multikultural dəyərlər haqqında nə bilirik? - MANERA.AZ

📅 03.12.2015 12:08

Multikultural dəyərlər haqqında nə bilirik? - MANERA.AZ

Mingəçevir Şəhər Texniki Humanitar Liseyində “Azərbaycanda multikultural dəyərlər və onların təbliği” mövzusunda mühazirə keçirilib.

Yuxarı sinif şagirdlərinin və müəllim kollektivinin dinləyici olduğu tədbirdə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Firəngiz Həsənova və Bakı İslam Universitetinin müəllimi Pünhan Hüseynov iştirak ediblər. Qonaqları salamlayan liseyin direktoru Nailə Məmmədova mövzu ilə bağlı fikirlərini bildirib. O, multikulturalizmin müasir cəmiyyətlərin ideya-siyasi, sosial-mədəni və digər aspektlərdə tərəqqisini təmin edən aktual sahə olduğunu bildirib.

Firəngiz Həsənova, Pünhan Hüseynov “Multikulturalizm və dini tolerantlıq”, liseyin 11-ci sinif şagirdi Kəmalə Hacıyeva “Multikulturalizm dövlət siyasətlərindən biridir” mövzuları ilə çıxış edərək, multikulturalizmin tarixinə nəzər salıblar. Tolerantlığın müxtəlif dinlər arasında əlaqələrin möhkəmləndirilməsi olduğunu qeyd ediblər. Bildirilib ki, multikulturalizm eyni ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir.

Esmira Hidayətova, Mingəçevir


Baxış sayı - 3 278 | Yüklənmə tarixi: 03.12.2015 12:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031