manera.az
manera.az

“Yuğ” yeni mövsümə premyera ilə başlayıb

📅 04.10.2022 08:36

 “Yuğ” yeni mövsümə premyera ilə başlayıb
Azərbaycan Dövlət “Yuğ” Teatrı yeni mövsümə premyera - “Şəbədə” tamaşasının nümayişi ilə başlayıb.

Teatrdan MANERA.AZ-a bildirilib ki, tamaşa M.F.Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti Məryəm Qələndərlidir.

Janrı mərhəmətsizlik aktı olaraq müəyyənləşdirilən “Şəbədə”də Xalq artisti Vidadi Həsənov, aktyorlar Oqtay Mehdiyev, Elgün Həmidov, Vüqar Hacıyev, Amid Qasımov, Ziya Ağa, Elçin Əmirov, Mətanət Abbas, Ləman Mərrih və Günəş Mehdizadə çıxış ediblər.

Tamaşanın ideyası belədir: “Mənəviyyatın çözə bilmədiyini heç bir ədalət məhkəməsi çözə bilməz!"

Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

 “Yuğ” yeni mövsümə premyera ilə başlayıb


Baxış sayı - 527 | Yüklənmə tarixi: 04.10.2022 08:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930