manera.az
manera.az

“Yuğ” Teatrından “Səsini unutma”

📅 09.06.2017 20:50

“Yuğ” Teatrından “Səsini unutma”


Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivinin hazırladığı yeni tamaşa - “Səsini unutma” adlı səhnə əsərinin premyerası olub.

Yazıçı Kamal Abdullanın “Bir, iki bizimki” pyesi əsasında hazırlanan tamaşaya teatrın baş rejissoru Gümrah Ömər qurluş verib.Tamaşanın quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Amid Qasımov olan tamaşada rolları Əməkdar artistlər Məmmədsəfa Qasımov,Gülzar Qurbanova,aktyorlarAmid Qasımov və Ləman Novruzova ifa ediblər.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş edilən səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Xronometrajı 70 dəqiqə olan tamaşanın məğzi belədir: İki dünya arasındakı sahibsiz bir məkana düşmüş qəhrəman vəfat etmiş qadını ilə ünsiyyətə girir. Qəhrəman sadəlövhcəsinə elə vəziyyətlər yaradır ki, sonradan özü onu fani dünyaya bağlayan hər şeydən qaçılmaz şəkildə imtina etməli olur. Əbədiyyətin Elçisi – sevimli qadın səbirlə, lakin güzəştsiz olaraq öz opponentinə “kömək” edir, təkəbbür və iltifatla onun hiylələrinə göz yumur.

Məlumat üçün bildirək ki,Tamaşa “Yuğ” Teatrının yaradıcısı mərhum Vaqif İbrahimoğlunun ruhuna ithaf olunub.

“Yuğ” Teatrından “Səsini unutma”


Turan Etibaroğlu


Baxış sayı - 1 639 | Yüklənmə tarixi: 09.06.2017 20:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031