manera.az
manera.az

2023-cü il “Heydər Əliyev İli” elan edildi - SƏRƏNCAM

📅 29.09.2022 08:29

2023-cü il “Heydər Əliyev İli” elan edildi - SƏRƏNCAM
Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

MANERA.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Qeyd edək ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.


Baxış sayı - 736 | Yüklənmə tarixi: 29.09.2022 08:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031