manera.az
manera.az

Hüseyn Cavidin 140 illiyi qeyd ediləcək - Sərəncam

📅 25.09.2022 07:26

Hüseyn Cavidin 140 illiyi qeyd ediləcək - Sərəncam
Prezident İlham Əliyev Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

MANERA.AZ xəbər verir ki, Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 140 ili tamam olur.


Baxış sayı - 3 398 | Yüklənmə tarixi: 25.09.2022 07:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031