manera.az
manera.az

Kemel Tokayevin kitabı Azərbaycan dilində - Foto

 Kemel Tokayevin kitabı Azərbaycan dilində  - Foto
Görkəmli qələm ustası, qazax detektiv ədəbiyyatının yaradıcısı Kemel Tokayevin “Gecə açılan atəş” adlı povestlər toplusu “Qanun” nəşriyyatında nəfis tərtibatla çapdan çıxıb.

Kitabı dilimizə yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı çevirib, rəyçisi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, redaktoru isə Mahir Qarayevdir.

Kitaba “Ön söz”ü K.Tokayevin yaradıcılığına yaxşı bələd olan məşhur detektiv əsərlər müəllifi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev yazıb. Onun “Müqəddəs borc” adlı qeydlərində Kemel Tokayevin yaradıcılıq yoluna və yaradıcılığına yığcam, lakin dəqiq qiymət verilib, görkəmli qələm ustasının öz əsərlərində daim mənəvi dəyərlərə sadiq qalması vurğulanıb.

Kitabın başqa bir xarakterik cəhəti də Kemel Tokayevin övladı, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin qələmə aldığı “Atam haqqında söz” əsərinin nəşrə müqəddimə kimi verilməsidir. Kasım-Jomart Tokayev öz xatirə-essesində yazıçının həyat yoluna nəzər salır, onun doğulub-böyüdüyü mühiti, müharibə cəbhəsində keşməkeşli yollardan keçdiyini təsvir edir, yazıçı kimi formalaşdığı və yetkinləşdiyi dövrü oxucuya tanıdır, eyni zamanda, Kemel Tokayevin əsərlərinə, yaradıcılıq kredosuna və qələm dostlarına münasibətini səmimi çalarlarla bildirir.

Topluya görkəmli yazıçının “Damğalı qızıl”, “Gecə açılan atəş” və “Sirli iz” povestləri daxil edilib. Müəllif möhtəkirlərlə mübarizəni də, xüsusi xidmət orqanlarının xarici ölkə casusları ilə çarpışmasını da, ağır müharibə illərində düşmən kəşfiyyatının törətdiyi əməllərin üstünün yüksək peşəkarlıqla açılmasını da ustalıqla qələmə alıb.

İnanırıq ki, Azərbaycan və Qazaxıstan xalqları arasında mədəni və ədəbi əlaqələrin daha da möhkəmlənməsinə yeni töhfə olan bu nəşr oxucular tərəfindən də maraqla qarşılanacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31