manera.az
manera.az

Həsən Seyidbəyliyə həsr olunmuş toplu çapdan çıxıb

📅 05.12.2020 01:00

Həsən Seyidbəyliyə həsr olunmuş toplu çapdan çıxıb
Həsən Seyidbəyliyə həsr olunmuş "Şəxsiyyət və yaradıcı" toplusu çapdan çıxıb.

Manera.az xəbər verir ki, bu il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə görkəmli yazıçı, ssenariçi, rejissor və kino təşkilatçısı Həsən Seyidbəylinin anadan olmasının 100 illik yubileyi təntənəylə qeyd olunur.

Təşkilat Komitəsinin üzvü və 17 il sədr kimi rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı da məşhur ekran ustasının xatirəsinə öz töhfəsini vermək üçün tədbirlər planı hazırlayıb. H.Seyidbəyli haqqında məqalələr toplusunun nəşri də həmin tədbirlərdən biridir.

Topluya görkəmli yazıçı və ekran ustasının şəxsiyyəti, yaradıcılığı və filmləri haqqında araşdırma yazıları, eyni zamanda, filmlərinin kadrarxası məqamlarını əks etdirən məqalələr, aktyorlar və H.Seyidbəylinin övladları ilə müsahibələr, görkəmli adamların onun haqqında fikirləri daxil edilib.

Sənətkar ömrünün müxtəlif məqamlarını əks etdirən fotoşəkillər və filmlərindən kadrlar onun şəxsiyyət və yaradıcı insan kimi portretinin bitkin olmasına yardım göstərir.

Onu da qeyd edək ki, “Qanun” nəşriyyatında çapdan çıxmış toplunun nəşrinin ideyası Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyova məxsusdur. Toplunun tərtibçisi Nəriman Əbdülrəhmanlı, redaktoru Sevda Sultanova, nəşrə məsul Əli İsa Cabbarovdur. Toplu Azərbaycan Kinematoqrafçılar İttifaqının “Kino sənətkarlarımız” seriyasından ilk nəşridir.


Baxış sayı - 715 | Yüklənmə tarixi: 05.12.2020 01:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031