manera.az
manera.az

“Qremmi” mükafatına yeni nominasiyalar əlavə edilib

📅 11.06.2022 09:18

“Qremmi” mükafatına yeni nominasiyalar əlavə edilib
ABŞ-ın Səsyazma Akademiyası “Qremmi” mükafatına beş yeni nominasiya əlavə edib.

MANERA.AZ TASS-a istinadən xəbər verir ki, yeni kateqoriyalara “Video oyunlar və digər interaktiv media üçün ən yaxşı saundtrek”, “Ən yaxşı bəstəkar”, “Ən yaxşı poetik albom”, “Amerikana” janrında ən yaxşı ifa” və “Şifahi poeziya janrında ən yaxşı ifa” daxildir.

“Akademiyanın əsas məqsədi musiqi dünyasında sənətçilərin maraqlarını təmsil etməkdir”, - ABŞ-ın Səsyazma Akademiyasının bəyanatında deyilir.

Bundan başqa, 2023-cü ildə “Sosial dəyişikliklər haqqında ən yaxşı mahnı” üçün xüsusi mükafat təqdim olunacaq.


Baxış sayı - 564 | Yüklənmə tarixi: 11.06.2022 09:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031