manera.az
manera.az

63-cü Qremmi sahiblərinə təqdim edilib

📅 15.03.2021 18:45

63-cü Qremmi sahiblərinə təqdim edilib
Bu il 63-cü dəfə təşkil edilən musiqi dünyasının ən önəmli mükafatları arasında yer alan Qremminin sahibləri bəlli olub.

Manera.az xəbər verir ki, bu ilin ən yaxşı sənətçisi adına amerikalı reper, müğənni və bəstəkar Meqan Stallion layiq görülüb.

Müğənni, eyni zamanda ilin ən yaxşı rep mahnısı mükafatını qazanan ilk qadın sənətçi olub.

Mərasimə 4 mükafatı birdən alan amerikalı müğənni Beyons damğasını vurub.

Mükafat mərasimində Madonna, Pol Makkartni, Rihanna, Taylor Svift kimi bir çox məşhur sənətçilər iştirak ediblər.

Qeyd edək ki, ABŞ-da keçirilən 63-cü Qremmi mükafatları mərasimi 31 yanvar tarixində keçirilməli idi, lakin COVID-19 səbəbindən təxirə salınmışdı.


Baxış sayı - 463 | Yüklənmə tarixi: 15.03.2021 18:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930