manera.az
manera.az

Tələbələr üçün Prezident təqaüdü artırıldı

📅 15.02.2022 11:13

Tələbələr üçün Prezident təqaüdü artırıldı
Azərbaycanda ali məktəblərin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb.

MANERA.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin fevralın 14-də imzaladığı “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” fərmanda dəyişiklik edilməsi ilə mümkün olub.

Fərmanla ali məktəblərin tələbələri üçün Prezident təqaüdünün məbləği 210 manatdan 250 manata çatdırılıb.

Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Xatırladaq ki, hər il dövlət başçısının sərəncamı ilə qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdü verilir.


Baxış sayı - 801 | Yüklənmə tarixi: 15.02.2022 11:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930