manera.az
manera.az

Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı - ŞƏRTLƏR

📅 18.11.2021 11:08

Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı - ŞƏRTLƏR
Macarıstan 2022-2023-cü tədris ili üçün təqaüd proqramı elan edir.

Bu barədə Manera.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında yanvarın 6-da imzalanmış 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Təqaüd proqramına sənəd qəbulu 2022-ci il yanvarın 15-i saat 23:59-a kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin yekun qərarının 2022-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Proqram çərçivəsində əlavə məlumatIarla Buradantanış olmaq mümkündür.


Baxış sayı - 869 | Yüklənmə tarixi: 18.11.2021 11:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031