Detektiv romanı necə yazmalı?
MANERA.az detektiv roman yazmağın qaydalarını təqdim edir.
***
Detektiv romanı intellektual oyun da adlandırırlar. Odur ki, bu janrda roman yazmağın bir neçə əsas qaydası var ki, uğur qazanmaq istəyən hər bir yazıçı ona riayət etməlidir. Həmin qaydaları təqdim edirik.
Oxucu detektivlə eyni şərtlərə sahib olmalı, əsərdə bütün detallar ətraflı və dəqiq verilməlidir.
Detektiv romanda mütləq ortada bir meyit olmalıdır. Çünki yüngül cinayət əsəri maraqsız edəcək.
Cinayət törədən qatil bu işdə səriştəsiz olmalıdır.
Müəllif düyünləri nə qədər mürəkkəb bağlamağa çalışsa da, oxucunu çaşdırmamalıdır.
Detektiv romanda sevgi macərası olmamalıdır. Bu janrda yazılmış əsərlərin məqsədi iki gənci nikah masası arxasında yox, qatili məhkəmə qarşısında oturtmaqdır.
Cinayətkar təsadüfi məqamlarla yox, məntiqi dəlillərlə aşkar olunmalıdır.
Bu janrda yazılan əsərlərdə mütləq peşəkar şəkildə detektivlik fəaliyyəti ilə məşğul olan bir obraz olmalıdır.
Cinayətin gedişatı rasional və məntiqi olmalıdır. Müəllif təxəyyül məhsulu olan detallara uyarsa, bu artıq detektiv janrının sərhədlərini aşmaq deməkdir.
Detektiv romanlarda uzun-uzadı təsvirlərə yer vermək olmaz. Əsərin dili qısa və yığcam olmalıdır.
Cinayətə yardım edən xırda obrazları çıxmaq şərtilə qatil bir nəfər olmalıdır. Cinayətkarın sayı çox olarsa,bu, oxucunu çaşdıra bilər.
Detektiv romanda cinayətlərin motivi əsasən şəxsi intriqalar üzərində qurulmalıdır.
/epiloq.az/