manera.az
manera.az

Sadıq Qarayevin yeni kitabı çapdan çıxıb

Sadıq Qarayevin yeni kitabı çapdan çıxıb
Yazıçı Sadıq Qarayevin “Sarvansız zamanlar” kitabı çapdan çıxıb.

Müəllifin bundan əvvəlki “Sahilsiz təzadlar”“Sahibsiz kölgələr” əsərləri elmi-fəlsəfi və dedektiv janrda yazılmış irihəcmli romanlar olub.

Manera.az xəbər verir ki, “Sarvansız zamanlar” kitabında altı fəsildən ibarət, müxtəlif janrlarda yazılmış əsərlər yer alıb. Birinci fəsildə hekayələr və esselərdən ibarətdir. Burada Sadıq Qarayev janr, üslub və mətn quruluşu baxımından yeniliklər yarada bilmişdir. Müəllifin “Bir yazı yazmaq istəyirəm”, “Mövcudluq şükranlığı” esseləri poeziyanın nəsrlə vəhdətinin nümunəsidir.

İkinci fəsil müəllifin müxtəlif elmi, fəlsəfi və ictimai düşüncələri bədii təxəyüllə təsvir edən yazıları, üçüncü fəsildə sadə, mənalı, bəzi hallarda aforizm səviyyəsində səslənə biləcək fikirləri yer alıb.

Dördüncü fəsildə Sadıq Qarayevin müsahibələri və publisist məqalələri yer alıb, “44 gün” adlanan beşinci fəsil isə Qarabağda tarixi Qələbəmizə həsr edilib. Buradakı “And”, “Aləmlərin söhbəti”, “Zoriyə gecikmiş məktub” yazıları üslub, məna və milli dəyərlər baxımından tariximizə, bu günümüzə və qələbəmizə, bayrağımıza, vahid azərbaycançılıq məfkurəsi nöqtəsindən mənalı və əhəmiyyətlidir. Altıncı fəsildə müəllifin müxtəlif vaxtlarda yazdığı şeirlər yer alıb.

Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31