manera.az
manera.az

“Qarabağ” mövzusunda ssenari müsabiqəsi: Mükafat 10 min..

📅 26.05.2022 15:04

“Qarabağ” mövzusunda ssenari müsabiqəsi: Mükafat 10 min..
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Azərbaycanfilm - 100” adlı ssenari müsabiqəsi elan edib.

MANERA.AZ xəbər verir ki, tammetrajlı bədii film ssenarisi kateqoriyasında keçirilən müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibəti ilə elan olunan müsabiqə “Qarabağ” mövzusunda keçirilir.

Sənədlərin qəbulu iyunun 1–dən 30-dək elektron qaydada musabiqe@azerbaijanfilm.az poçt ünvanı vasitəsilə aparılır.

Qalibləri Kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.

Müsabiqənin qaliblərinə müvafiq olaraq 10 min, 8 min və 5 min manat məbləğində mükafat veriləcək.

Qaliblərin adları 2022-ci il avqustun 2-də Azərbaycan Kinosu Günündə elan olunacaq.


Baxış sayı - 599 | Yüklənmə tarixi: 26.05.2022 15:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930