manera.az
manera.az

Ssenari müsabiqəsinin qalibləri açıqlandı - Siyahı

Ssenari müsabiqəsinin qalibləri açıqlandı - Siyahı
Azərbaycan Kinematoqrafçılar İttifaqının Qarabağ həqiqətlərini kinoda ifadəsi və dünya tamaşaçısına çatdırmaq məqsədi ilə elan etdiyi “Qarabağ. İnsan. Qələbə” ssenari müsabiqəsinin qalibləri müəyyən edilib.

Manera.az xəbər verir ki,Rüstəm İbrahimbəyovun sədrliyi ilə, yazıçı, ssenarist Toğrul Cuvarlı, ssenarist, tərcüməçi Nəriman Əbdülrəhmanlı, rejissor, ssenarist Vaqif Azəryar, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əi İsa Cabbarovdan ibarət münsiflər heyəti müsabiqənin qaliblərini bu ardıcıllıqda təyin edib.

Birinci yer: “Daima birlikdə” (müəllif Çingiz Rəsulzadə)

İkinci yer: “Axırıncı palata” (müəllif Türkan Hüseynova)

Üçüncü yer: “Kaş” (müəllif Hacı Səfərov)

Xəbər verdiyimiz kimi, müsabiqəyə 40 iş təqdim edilib, 37 ssenari müsabiqəyə, 15 ssenari növbəti mərhələyə buraxılıb. Və ssenarilər qiymətləndirilərkən peşəkarlıq səviyyəsi ilə yanaşı, ssenarinin xarici tamaşaçının diqqətini çəkməsi amili əsas rol oynayıb. Çünki müsabiqə təşkilatçıları üçün Qarabağ həqiqətlərinin dünyaya çatdırılması əsas məqsəddir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildiriblər ki, ssenariləri dəyərləndirən zaman müsabiqənin konsepsiyasına uyğun olaraq Qarabağ müharibəsində insan taleyi prizmasından, ümümbəşəri dəyərlər nəzərindən ifadəsini üstün tutublar. Bundan başqa, qalib ssenarilər səmimiliyi, emosianallığı, real hadisələrin uğurlu bədii traktovkası ilə fərqlənib.

“Daima birlikdə” ssenarisi Meyxoş Abdullanın “Alagöz” hekayəsi motivləri əsasında, "Axırıncı palata” isə hərbi həkim Şirin Manafovun xatirələrindən ilhamlanaraq yazılıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031