manera.az
manera.az

Ssenari müsabiqəsi elan edildi - Mükafat 5000 manat

📅 13.08.2020 13:16

Ssenari müsabiqəsi elan edildi - Mükafat 5000 manat
Qarabağ həqiqətlərinin beynəlxalq arenada səslənməsində kinematoqrafın oynaya biləcəyi müsbət rolu nəzərə alaraq, o cümlədən kinematoqrafiyamızda Qarabağ müharibəsinin yaşatdığı insan faciələrini tam dolğunluğu və realistik əksinin vacibliyini qeyd edərək, Azərbaycan Kinematoqrafçılar İttifaqı "Qarabağ. İnsan. Qələbə” tammetrajlı bədii film ssenarisi müsabiqəsi elan edib.

İttifaqdan Manera.az-a bildirilib ki, müsabiqədə iştirak üçün tammetrajlı bədii filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda, şrift Courier New, ölçü 12), müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur.

Müsabiqəyə təqdim edilən ssenarinin janrından asılı olmayaraq, Qarabağ müharibəsini insan taleyi, onun draması və faciəsi prizmasından ifadəsi, həm yerli , həm də xarici tamaşaçıya maraqlı olması arzu olunandır.

Ssenari noyabrın 22-dək Azərbaycan Kinematoqrafçılar İttifaqının Bakı şəhəri, Həsən Seyidbəyli 18 ünvanında yerləşən ofisinə təqdim edilməlidir. Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı.

Qaliblər diplom və pul mükafatı ilə (baş mükafat 5000, iki ssenari həvəsləndirici mükafat, hər biri 2500 manat) təltif ediləcəklər:

Qalib ssenari məqsədəuyğun layihə hesab olunaraq Mədəniyyət Nazirliyinə təqdim ediləcək.


Baxış sayı - 945 | Yüklənmə tarixi: 13.08.2020 13:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031