manera.az
manera.az

Ayxan Ayvazın romanı çap olunub - Foto

📅 26.05.2022 10:51

Ayxan Ayvazın romanı çap olunub - Foto
Gənc yazıçı Ayxan Ayvazın “Pəncərəsiz” adlı romanı çap olunub.

MANERA.AZ xəbər verir ki, “Qanun” Nəşrlər Evində işıq üzü görən roman heç kimə bəlli olmayan, sirli həyat yaşayan İsa adlı tələbədən bəhs edir.

Tələbə dostu və başqaları onun sirrini açmaq üçün dəridən-qabıqdan çıxırlar. Lakin onun həyatı yalnız ehtimallardan ibarətdir. İsanın intihar istəyi, ipə-sapa yatmamağı, dəyişən dünyası hamını heyrətləndirir. Bir gün İsa intihar anonsu verib yoxa çıxır. Ölkədə intiharlar qadağan olunur və hər şey bir-birinə qarışır...

Xatırladaq ki, Ayxan Ayvazın bundan əvvəl “Mən necə Polat Alemdar oldum” komik romanı, “Buri” hekayələr və “Mavra, Zəhra və başqaları” reportaj-hekayələr kitabı nəşr olunub.

Ayxan Ayvazın romanı çap olunub - Foto


Baxış sayı - 650 | Yüklənmə tarixi: 26.05.2022 10:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930