manera.az
manera.az

II Milli Yaylaq Festivalı keçiriləcək

II Milli Yaylaq Festivalı keçiriləcək
Azərbaycanda 2-ci Milli Yaylaq Festivalının keçirilməsi planlaşdırılır. Gəncədən 22 km məsafədə Göygöl rayonunda Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan Yaylağında keçiriləcək tədbirlər 29-31 iyul tarixlərinə nəzərdə tutulub.

Bu barədə festivalın əsas təşəbbüskarlarından və təşkilatçılarından biri olan “Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov məlumat verib.

Onun sözlərinə görə, layihənin məqsədi ölkənin və bölgənin sosial, iqtisadi, mədəni inkişafına dəstək olmaqdır.

Fondun vitse-prezidenti bildirib ki, hazırda seçilmiş ərazidə etnoqəsəbə məkanının planlaşdırılması, ilkin abadlıq və tikinti-quruculuq işlərinin həyata keçirilməsinə başlanılıb: “Milli Yaylaq Festivalı”na yerli iştirakçılarla yanaşı, 22 xarici ölkədən 300 nəfərə yaxın iştirakçının və fəxri qonaqların dəvəti nəzərdə tutulur. Ötən festivalda orijinal üslubda salınan "Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, "Dədə Qorqud” ocağı, yaylaq yatağı, pəhləvan meydanı, "Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılmışdı. Bu festivalda isə daha möhtəşəm layihələr həyata keçirməyi nəzərdə tuturuq. Çalışacağıq ki, bu festivala qatılan içtirakçılar, qonaqlar Azərbaycan mədəniyyəti, tarixi və etnoqrafiyası ilə yaxından tanış olmaqla yanaşı, həm də mənəvi zövq ala bilsinlər”.

Qeyd edək ki, “I Milli Yaylaq Festivalı” 2019-cu il 26-28 iyul tarixlərində Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilmişdi və ilk festival 3 gün ərzində 50000 nəfərdən artıq ziyarətçi, yüzlərlə yerli və 16 ölkədən 100-dən çox xarici iştirakçı qatılmışdı.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031