manera.az
manera.az

Xalq Mahnıları Festivalı keçiriləcək

Xalq Mahnıları Festivalı keçiriləcək
Azərbaycanda ilk dəfə olaraq Xalq Mahnıları Festivalı keçiriləcək.

MANERA.AZ-ın məlumatına görə, Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının təşkilatçılığı ilə baş tutacaq festivalın oktyabrın 8-dən 12-nə qədər keçirilməsi nəzərdə tutulur. Festival çərçivəsində illərlə xalq mahnıları üzərində tədqiqatlar aparan musiqişünasların çıxışlarından ibarət Elmi Simpozium, Xalq Çalğı Alətləri Ansambllarının çıxışı, vokal gecəsi, sərbəst caz axşamının keçirilməsi nəzərdə tutulur.

“Mədəniyyət” kanalının direktoru Ramil Qasımov Azərbaycan xalq mahnılarının zəngin köklərə malik olduğunu deyib: “Bu gün dövlətimiz tərəfindən milli-mənəvi dəyərlərin qorunub saxlanması, onların gələcək nəsillərə ötürülməsi, həmçinin bu dəyərlərin dünya mədəniyyət irsində təbliğ olunması istiqamətində etdikləri əvəzsizdir. Məhz Azərbaycan xalq mahnılarından ibarət festivalı keçirməkdə də məqsəd Radiomuzun Qızıl Fondunda olan, eyni zamanda regionlarda illərcə nəsildən-nəsilə ötürülən xalq mahnılarını tamaşaçılara təqdim etməkdir. Onu da qeyd etmək istərdim ki, keçiriləcək festivalda məşhur musiqiçilərlə yanaşı, gənc və peşəkar ifaçıların da çıxışı nəzərdə tutulur. Xalq mahnıları Festivalının tamaşaçıları trio və televiziyanın “Xatirə” Ansamblının müşayiəti ilə mərhum və müasir bəstəkarların işləməsində unudulmuş xalq mahnılarını dinləmək imkanı qazanacaqlar. Bu xalq mahnıları həm də Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorun ifasında səslənəcək. Festival çərçivəsində müasir caz, instrumental improvizasiyaların da səslənməsi nəzərdə tutulur. Düşünürəm ki, xalq mahnıları layihəsi musiqimizə yeni töhfə olacaq”. Festivalın sonuncu günündə əməkdar artist, vokalçı Ramil Qasımov xalq mahnılarını Simfonik Orkestr üçün işləmələrini ifa edəcək.

Qeyd edək ki, festival Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşəbbüsü ilə baş tutacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930