manera.az
manera.az

Bakıda 2-ci beynəlxalq animasiya festivalı keçiriləcək

📅 22.08.2019 11:45

Bakıda 2-ci beynəlxalq animasiya festivalı keçiriləcək
Bakıda oktyabrın 18-dən 21-dək keçiriləcək 2-ci "Animafilm” Beynəlxalq Animasiya Festivalına 50 ölkədən 268 müraciət daxil olub.

Bu barədə Manera.az-a məlumat verən festivalın təsisçisi Rəşid Ağamalıyev deyib ki, bu il ən çox müraciət ABŞ və Böyük Britaniyadan daxil olub.

Bildirib ki, festivala maraqlı filmlər və ssenarilərlə müraciət olunub. Azərbaycandan müsabiqəyə yalnız bir film göndərilib.

Festivalın seçim komissiyası bütün müraciətləri nəzərdən keçirdikdən sonra seçilmiş film və ssenarilərin siyahısını avqustun 31-də festivalın rəsmi www.animafilm.az saytında elan edəcək.

Qeyd edək ki, festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim olunacaq, müxtəlif vokşoplar və tədbirlər keçiriləcək, müsabiqə proqramlarına yekun vurularaq qaliblər mükafatlandırılacaq.

Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək builki festivalda uşaqlardan ibarət münsiflər heyəti də böyüklərlə birgə fəaliyyət göstərəcək.

MANERA.AZ


Baxış sayı - 1 116 | Yüklənmə tarixi: 22.08.2019 11:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930