Azyaşlı oxucular üçün yeni nəşrlər | MANERA.AZ
![]()
manera.az
“Qələm” Nəşriyyatı Azərbaycanda azyaşlı oxucuların öz vaxtını əyləncəli, səmərəli keçirməsi, mütaliə vərdişlərini gücləndirməsi və dünyagörüşlərini artırması üçün kitabların nəşrini davam etdirir.
MANERA.AZ-ın məlumatına görə, nəşriyyatda bu məqsədlə daha 3 seriyadan kitablar dərc edilərək satışa çıxarılmışdır.
Bunlardan biri “Ninza tısbağalar” seriyasından olan kitablardır.
Həmin kitablar uşaqlar üçün əla beyin məşqi sayıla bilər.
Azyaşlıların sevimli qəhrəmanı Kayyunun macəralarını da indi uşaqlarımız öz ana dilimizdə oxuya bilərlər.
Onların daha bir sevimli qəhrəmanı Doranın sərgüzəştləri də “Qələm” Nəşriyyatı tərəfindən Azərbaycan dilinə uyğunlaşdırılıb və satışa çıxarılıb.
Qeyd edək ki, bu nəşrlərin hər biri Nickeledion və Choutte publishing nəşriyyatlarından alınıbdır və onların ölkəmizdə müəlliflik hüququ “Qələm” Nəşriyyatına məxsusdur.