manera.az
manera.az

Qreta Komur Nizami poeziyasından yazıb | MANERA.AZ

📅 02.11.2015 10:39

Qreta Komur Nizami poeziyasından yazıb | MANERA.AZ

Fransanın www.lalsace.fr saytında Yuxarı Alzas Universitetinin dil və humanitar elmlər fakültəsinin dekanı Qreta Komurun müsahibəsi dərc olunub.

Qreta Komur Gəncə Dövlət Universiteti ilə Yuxarı Alzas Universiteti arasındakı münaibətlərdən bəhs edərək fransız universitetində açılacaq Nizamı Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrası, onun məqsədləri və istiqamətləri haqqında ətraflı məlumat verib.

Yuxarı Alzas Universitetinin dil və humanitar elmlər fakültəsinin dekanı müsahibəsində bu universitetin nəzdində bir neçə ildir fəaliyyət göstərən Məshəti Gəncəvi zalında həyata keçirilən tədbirləri də vurğulayıb.

Qreta Komur Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının açılışından sonra ABŞ-ın Prinston Universitetinin professoru Mikael Barrinin “Nizami - şahların müşaviri, xariqüladəliyin güzgüsü” və “Yeddi Gözəl pavilyonu: Nizami - min bir adın ustadı” mövzularında mühazirələrinin təşkili barədə də danışaraq oxucuları bu mühazirələri dinləməyə dəvət edir.


Baxış sayı - 1 492 | Yüklənmə tarixi: 02.11.2015 10:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031