manera.az
manera.az

Sumqayıtın mədəni həyatı müzakirə edilib

📅 18.02.2022 10:26

Sumqayıtın mədəni həyatı müzakirə edilib
Fevralın 17-də Sumqayıt şəhər Poeziya Evində Sumqayıt Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət Nazirliyi Yanında İctimai Şuranın Kitab Nəşri və Ədəbiyyat İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Sumqayıt şəhərinin mədəni həyatı-yeni çağırışlar və perpsektivlər” mövzusunda ictimai dinləmələr keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyi yanında ictimai Şuranın sədri Gəray Əlibəyov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov, şəhərin ədəbi mühitinin nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə mədəniyyətin bütün sahələri - ədəbiyyat, kitabxanalar, muzeylər, kino, teatr, musiqi, rəssamlıq, fotoqrafiya, memarlıq və heykəltəraşlıq əhatə olunub, hər sahənin cari durumu, görüləcək işlər, perspektiv planlar müzakirə obyekti olub.

Dinləmədən öncə şəhərin ədəbi və mədəni həyatını özündə əks etdirən sərgiyə baxış keçirilib.

Çıxış edənlər Sumqayıtın mədəni həyatında olan yeniliklərdən, gələcəkdə həyata keçirilən layihələrdən, mövcud olan çatışmazlıqlardan söhbət açıb. Sonda problemlərin aradan qaldırılması istiqamətində müvafiq addımların atılması qərara alınıb./apa.az/

Sumqayıtın mədəni həyatı müzakirə edilib
Sumqayıtın mədəni həyatı müzakirə edilib
Sumqayıtın mədəni həyatı müzakirə edilib


Baxış sayı - 419 | Yüklənmə tarixi: 18.02.2022 10:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031